Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İlin peşəkar gənci


2020-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adınn verilməsi haqqında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının icraiyyə Komitəsi qərar qəbul etmişdir. Qərarda deyilir ki, respublikada həmkarlar ittifaqı üzvlərinin üçdə biri 35yaşınadək olan gənclərdir.

Bu gün Azərbaycan gəncləri yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edirlər. Həmkarlar ittifaqları gənclərin fəallığını təmin etməyə, rəhbər orqanlarda təmsil olunmalarına şərait yaratmağa, işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunmasına çalışırlar.

Artıq bir neçə ildir ki, həmkarlar ittifaqlarının gənclər şuraları fəaliyyət göstərir. Gənc liderlər beynəlxalq təşkilatların keçirdikləri toplantılara dəvət edilir. “İlin peşəkar gənci” fəxri adı gənclər şuralarının fəaliyyətinin yüksəldilməsinə, istedadlı gənclərin üzə çıxarılmasına, onlara həmkarlar ittifaqı təşkilatları tərəfindən diqqətin artırılması məqsədilə təsis edilmişdir.

Belə ki, 23 sahə həmkarlar ittifaqı orqanından 50 nəfər gənc işçinin sənədləri AHİK-ə daxil olmuş, onların fəaliyyətini əks etdirən məlumatlar ümumiləşdirilərək təqdimat hazırlanmışdır.

Qərarda qeyd olunur ki, “İlin peşəkar gənci” fəxri adı əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə verilsin.

Fəxri ada layiq görülmüş gənclərə AHİK-in Fəxri Diplomu, Döş nişanı və vəsiqəsi təqdim edilsin.

“İlin peşəkar gənci” fəxri adına AMEA–nın Riyaziyyat və Mexanika İnstitutunun “Elastiklik və plastiklik nəzəriyyəsi ” şöbəsinin böyük elmi işçisi, m.ü.f.d., dosent Mirzəyeva Gülnar Rövşən qızı layiq görülmüşdür.

Kollektivimiz adından biz də həmkarımızı təbrik edirik, ona gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər