Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


Azərbaycan Milli Elmlər Akademiyası elmi müəssisə və təşkilatlarının rəhbərlərinə

Xatırladırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyul 2021 – ci il tarixli 229 nömrəli qərarına və “Sanitariya – epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25 – ci maddəsinə uyğun olaraq ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində dövlət orqanlarının (qurumlarının), o cümlədən mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) əməkdaşlarının azı 80 faizinin COVİD – 19 – a qarşı 2021 – ci il 1 sentyabr tarixindən etibarən birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVİD – 19 – a qarşı immunitet sertifikatının (COVİD – 19 pasportunun) olması tələbi qoyulur.

Deyilənləri nəzərə almağınız, Azərbaycan Respublikası Nazirlər Kabinetinin adı çəkilən Qərarının icrasını təmin etməyiniz, əməkdaşların sağlamlığının qorunmasının ən səmərəli yolu olan peyvəndlənməni təbliğ etməyiniz və məsələni ciddi nəzarətdə saxlamağınız tövsiyə olunur.

AMEA Rəyasət Heyəti aparatının rəhbəri : dosent Seyfəl Həsənov

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər