21/09/2021
AMEA Riyaziyyat və Mexanika İnstitutunun növbəti elmi seminarında (22 sentyabr saat 1100 –da) AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Cırlaşması olan variasiya məsələlərində minimum üçün zəruri şərtlər” mövzusunda məruzə edəcəkdir.
Məruzədə sadə variasiya məsələsinə baxılır. Məlum Veyerştras və Laqranj şərtləri cırlaşdığı halda baxılan məsələnin həlli üçün yeni zəruri şərtlər haqqında məlumat verilir. Bu şərtlərin alınmasında müəlliflər tərəfindən təklif olunan ədədi parametrdən asılı olan Veyerştras tipli variasiyanın xüsusi rolu olduğu qeyd olunur.
İclasa qoşulmaq üçün
https://us04web.zoom.us/j/76846995465?pwd=V0lmWFRRL0R6Tm56QTdRUHNoMWI3QT09
linkinə daxil olmaq lazımdır.
Meeting ID: 768 4699 5465
Parol: 1
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.