Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Ümuminstitut seminarında AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Cırlaşması olan variasiya məsələlərində minimum üçün zəruri şərtlər” mövzusunda məruzə ilə çıxış edib


22 sentyabr 2021-ci il tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında İnstitutun direktoru, “Optimal idarəetmə” şöbəsinin müdiri, f.r.e.d., professor Misir Mərdanov “Cırlaşması olan variasiya məsələlərində minimum üçün zəruri şərtlər” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzədə sadə variasiya məsələsinə baxılıb. Məlum Veyerştras və Laqranj şərtləri cırlaşdığı halda baxılan məsələnin həlli üçün yeni zəruri şərtlər haqqında məlumat verilir. Bu şərtlərin alınmasında müəlliflər tərəfindən təklif olunan ədədi parametrdən asılı olan Veyerştras tipli variasiyanın xüsusi rolu olduğu qeyd olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.