Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA alimin məqaləsi yüksək impact faktorlu beynəlxalq jurnalda dərc edilib


Riyaziyyat və Mexanika İnstitutunun“Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, professor Tahir Hacıyevin həmmüəllifi olduğu məqalə çap olunub. Məqalə “Journal of Mathematical Inequalities” (http://jmi.ele-math.com/) 1.225yüksək impakt faktorlu  Q2 kateqriyalı jurnalda dərc edilib.

“Ümumiləşdirilmiş Morrey fəzalarında qeyri-hamar oblastlarda kiçik BMO əmsallı qeyri-xətti eliptik tənliklər”adlı məqalədə qeyri-hamar oblastlarda kiçik BMO əmsallı qeyri-xətti elliptik tənliklərin ümumiləşmiş Sobolev-Morri fəzalarında həlləri üçün qiymətləndirmələr alınmışdır. Ümumiləşmiş Morri fəzalarında zəif  həllərin requlyarlığı araşdırılmışdır.

Məqaləni oxumaq üçün linkə keçid edin:

http://files.ele-math.com/articles/jmi-15-37.pdf

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.