26/10/2021
27 oktyabr 2021-ci il tarixində saat 10-00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin baş elmi işçisi, prof. Vəli Məhərrəm oğlu Qurbanov “Kəsilən Dirak operatorunun kök funksiyalar sisteminin Riss bərabərsizliyini ödəməsi və bazisliyi” mövzusunda məruzə ilə çıxış edəcəkdir.
Məruzədə (0.2П) intervalında kəsilən Dirak operatoruna baxılır. Fərz olunur ki, potensial (0.2П) intervalında cəmlənən kompleksqiymətli matris funksiyadır. Bu operatorun doğurduğu kök funksiyalar sisteminin Riss bərabərsizliyini ödəməsi, şərtsiz bazis əmələ gətirməsi üçün meyarlar tapılır, bazislik teoremi isbat olunur.
İclasa qoşulmaq üçün
https://us04web.zoom.us/j/71533627505?pwd=RHl3VmJORDE4MHhCVi8yREYrWUFzZz09
linkinə daxil olmaq lazımdır.
Meeting ID: 715 3362 7505
Passcode: seminar
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.