27/10/2021
İ.G. Petrovski adına Bryansk Dövlət Universitetinin (RF) rektoru professor A.V. Antyuxovun dəvətinə (10.09.2021, № 05 -13 -29) və AMEA –nın Riyaziyyat və Mexanika İnstitutunun 13 sentyabr 2021 –ci il 199 nömrəli əmrinə əsasən Rusiya Federasiyasının İ.G. Petrovski adına Bryansk Dövlət Universitetinin bazası əsasında keçiriləcək seminarda, plenar iclasda məruzə ilə çıxış etmək üçün 05.10.2021 il tarixdən – 11.10.2021 tarixədək Bryansk şəhərinə ezamiyətdə olmuşdur.
Prof. R.M. Aslanov «Об учебном пособии «8 лекций по истории математике» и перспективах его использования для подготовки будущих учителей математики» mövzusunda çıxış etmişdir.
Kitabın elmi redaktoru professor, pedaqoji elmlər doktoru, fizika-riyaziyyat elmləri namizədi, N.G. Çernışevski adına Saratov Milli Tədqiqat Dövlət Universitetinin həndəsə kafedrasının professoru İqoşin Vladimir İvanoviç.
Kitabın rəyçiləri, professor, fizika-riyaziyyat elmləri namizədi, pedaqoji elmlər doktoru, Belarus Dövlət Universitetinin funksiyalar nəzəriyyəsi kafedrasının professoru Natalya Vladimirovna Brovko;Pedaqoji elmləri doktoru, professor, Tolyiatti Dövlət Universitetinin Ali riyaziyyat və riyazi təhsil kafedrasının müdiri Uteeva Roza Azerbaevna. Kitabın həcmi 305 səhifədir.
Konfransın açılışında İ.G. Petrovski adına Bryansk Dövlət Universitetinin rektoru Rusiya Federasiyasının Əməkdar Ali məktəb işçisi filologiya elmlər doktoru, professor Antyuxov A.V., seminarın ümümi rəhbəri Rusiyanın Əməkdar elm xadimi, Rusiya Federasiyasının Prezidentinin mükafatı laureatı, pedaqoji elmlər doktoru, professor Mordqoviç A.G. və başqaları çıxış etdilər.
Prof. A.G. Mordqoviç, pof. R.M. Aslanov, dos.A. Savin İ.G. Petrovski adına Bryansk Dövlət Universitetinin tələbələrilə
Professor R.M. Aslanov öz kitablarını Smolensk Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Q.Y. Senkinaya hədiyyə edir.
İ.G. Petrovski adına Bryansk Dövlət Universitetinin bazası əsasında keçirilən «40-ой Международный научный семинар преподавателей математики и информатики университетов и педагогических вузов «Развитие общего и профессионального математического образования в системе национальных университетов и педагогических вузов»» adlı konfransın materialları nəşr edilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.