05/11/2021
AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən BFD 3.04 birdəfəlik dissertasiya şurasının 05 noyabr 2021-ci il tarixində saat 14:00-da Pərviz Tofiq oğlu Müseyiblinin “Heterogen maye hidrodinamikasında sərhəd qatlarda yaranan effektlərin tədqiqi” mövzusunda 2003.01-maye, qaz və plazma mexanikası ixtisasında mexanika üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir.
İclası Elmi şuranın sədri, AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, prof. Misir Mərdanov açaraq sözü Pərviz Müseyibliyə vermişdir. Pərviz Müseyibli dissertasiyanın əhatə etdiyi mövzular və işdə alınmış əsas nəticələr haqqında məlumat verdikdən sonra rəsmi opponentlər AMEA – nın müxbir üzvü, t.e.d., prof. Qərib Calalov, f.-r.e.d., prof. Asəf Zamanov, f-r.e.n., dos. Müsrəddin Tağıyev və dissertasiya işinin avtoreferatına rəyçilər f-r.e.n., dos. Yusif Sevdimalıyev, r.e.d., prof Natiq Əhmədov iş haqqında verdikləri öz müsbət rəylərini bildirdilər. Cıxış üçün söz alan iddiaçının elmi rəhbəri AMEA-nın müxbir üzvü, t.e.d. Qeylani Pənahov, f.-r.e.d., prof. Lətif Talıblı, r.e.d., prof. Rövşən Bəndəliyev iş haqqında öz müsbət fikirlərini bildirərək iddiaçıya uğurlar arzulamışlar.
Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.