Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

BDU-nun Ali Riyaziyyat kafedrasının dosenti Sarvan Təhməz oğlu Huseynov «İkinci tərtib cirlaşan elliptik və parabolik tənliklərin həllərinin keyfiyyət xassələri» mövzusunda məruzə edib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında BDU-nun Ali Riyaziyyat kafedrasının dosenti Sarvan Təhməz oğlu Huseynov «İkinci tərtib cirlaşan elliptik və parabolik tənliklərin həllərinin keyfiyyət xassələri» mövzusunda məruzə etdi.

Məruzə ikinci tərtib cırlaşan elliptik və parabolik tənliklərin həllərinin keyfiyyət xassələrinə həsr olunmuşdur. Baxılan işdə müntəzəm cırlaşan ikinci tərtib divergent elliptik tənliklər üçün birinci sərhəd məsələsi, həllin Hölder kəsilməzliyi, hamar funksiyaların çəkili Sobolev fəzasında sıxlığı, Makenhaupt çəkili p-Laplas tənliyinin həllinin Hölder kəsilməzliyi və Harnak bərabərsizliyi, oblastın bir hissəsində cırlaşan p-Laplas tənliyinin həllinin Hölder kəsilməzliyi araşdırılmışdır. Həmçinin oblastın bir hissəsində müntəzəm cırlaşan (p,q)-Laplas tənliyinin həllinin Hölder kəsilməzliyi və Harnak bərabərsizliyi öyrənilmişdir. Bundan əlavə, eyni zamanda qeyri-müntəzəm cırlaşan elliptik və parabolik tənliklər üçün Dirixle məsələsi tədqiq olunur. Qeyri-müntəzəm cırlaşan parabolik tənliklərin həlli üçün Hölder kəsilməzliyi və Harnak bərabərsizliyi öyrənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.