Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən BFD 3.04 birdəfəlik dissertasiya şurasının 07 yanvar 2022-ci il tarixində saat 14:00-da Gülşən Ağasəf qızı Axundovanın “Qaz-maye mühitinin mexanika metodlarının bəzi gəmiçilik məsələlərinin həllinə tətbiqi” mövzusunda 2003.01-“Maye, qaz və plazma mexanikası” ixtisasında mexanika üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir.

İclası Elmi şuranın sədri, AMEA Riyaziyyat və Mexanika İnstitutunun  baş direktoru, AMEA-nın müxbir üzvü, prof. Misir Mərdanov açaraq sözü Gülşən Axundovaya vermişdir. Gülşən Axundova dissertasiyanın əhatə etdiyi mövzular və işdə alınmış əsas nəticələr haqqında məlumat verdikdən sonra  rəsmi opponentlər AMEA-nın müxbir üzvü, t.e.d. Qelani PənahovAMEA-nın müxbir üzvü, t.e.d., prof. Ramiz Qurbanov və f.r.e.n., dos. Məmməd Aslanov iş haqqında verdikləri öz müsbət rəylərini bildirdilər. Cıxış üçün söz alan iddiaçının elmi rəhbəri f.-r.e.d., prof Faiq Nağıyev, f.-r.e.d., prof. Qabil Əliyev, t.e.d., prof. Yusif Həsənov iş haqqında öz müsbət fikirlərini bildirərək iddiaçıya uğurlar arzulamışlar. Sonda keçirilən gizli səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər