Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

RMİ-nin elmlər doktoru hazırlığı üzrə dissertantı Mahir Əliqulu oğlu Mehdiyev «İçi boş silindir və onu əhatə edən elastik mühitdən ibarət olan sistemə təsir edən hərəkətli və titrəyişli yükün dinamikası» mövzusunda məruzə edib


09.02.2022-ci il tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında RMİ-nin elmlər doktoru hazırlığı üzrə dissertantı Mahir Əliqulu oğlu Mehdiyev «İçi boş silindir və onu əhatə edən elastik mühitdən ibarət olan sistemə təsir edən hərəkətli və titrəyişli yükün dinamikası» mövzusunda məruzə etmişdir.

Məruzə elastik mühitlə əhatə olunmuş içi boş silindrin daxili səthinə təsir edən hərəkətli və titrəmə-hərəkətli yükün dinamikasının ikiölçülü oxasimmetrik və üçölçülü qeyri-oxasimmetrik məsələlərinin tədqiqinə həsr olunmuşdur.

Məruzədə həmçinin, ikiqatlı içi boş silindrin daxili səthinə təsir edən hərəkətli və titrəmə-hərəkətli yükün dinamikasının məsələləri ilə bağlı aparılan tədqiqatların nəticələri də təqdim olunur.

Təqdim olunan nəticələr elastodinamikanın dəqiq üçölçülü tənlik və münasibətlərinin və  başlanğıc gərginlikli cisimlərdə elastiki dalğaların üçölçülü xəttilaşdirilmiş nəzəriyyəsinin cəlb edilməsi ilə hissə-hissə bircins cisim modeli əsasında əldə olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər