Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


23.02.2022-сi il tarixində saat 12.00-da “Tətbiqi riyaziyyat”, “Dalğa dinamikası” və “Deformasiya olunan bərk cisim mexanikası” şöbələrinin birgə seminarı keçiriləcəkdir. Seminarda RMİ-nin elmlər doktoru hazırlığı üzrə dissertantı Mahir Əliqulu oğlu Mehdiyev  “İçi boş silindir və onu əhatə edən elastik mühitdən ibarət olan sistemə təsir edən hərəkətli və titrəyişli yükün dinamikası” mövzusunda çıxış edəcəkdir.

İş elastik mühitlə əhatə olunmuş içi boş silindrin daxili səthinə təsir edən hərəkətli və titrəmə-hərəkətli yükün dinamikasının ikiölçülü oxasimmetrik və üçölçülü qeyri-oxasimmetrik məsələlərinin tədqiqinə həsr olunmuşdur.

İşdə həmçinin, ikiqatlı içi boş silindrin daxili səthinə təsir edən hərəkətli və titrəmə-hərəkətli yükün dinamikasının məsələləri ilə bağlı aparılan tədqiqatların nəticələri də təqdim olunur.

Təqdim olunan nəticələr elastodinamikanın dəqiq üçölçülü tənlik və münasibətlərinin və  başlanğıc gərginlikli cisimlərdə elastiki dalğaların üçölçülü xəttilaşdirilmiş nəzəriyyəsinin cəlb edilməsi ilə hissə-hissə bircins cisim modeli əsasında əldə olunmuşdur.

İclasa qoşulmaq üçün

https://us02web.zoom.us/j/82857962410?pwd=ODZVcWplOVZpcjJ2NFU2WTA1SGhBdz09

linkinə daxil olmaq lazımdır.

Meeting ID: 442 039 6236

Parol: Ng32cz

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər