Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


02.03.2022-ci il tarixində saat 10:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Indefinit çəkili qeyri-xətti Şturm-Liuvill məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda məruzə edəcəkdir.

Məruzədə indefinit çəkili Şturm-Liuvill tənliyi  üçün xəttiləşən və xəttiləşməyən qeyri-xətti məxsusi qiymət məsələlərinə baxılacaq. Bu məsələlərin həllərinin sıfırdan və sonsuzluqdan budaqlanan qlobal kontinuumlarının strukturları və özlərini aparmaları haqqında  məlumat veriləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər