02/03/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Indefinit çəkili qeyri-xətti Şturm-Liuvill məsələlərinin həllərinin qlobal bifurkasiyası”mövzusunda məruzə etdi.
Məruzədə indefinit çəkili Şturm-Liuvill tənliyi üçün xəttiləşən və xəttiləşməyən qeyri-xətti məxsusi qiymət məsələlərinə baxılacaq. Bu məsələlərin həllərinin sıfırdan və sonsuzluqdan budaqlanan qlobal kontinuumlarının strukturları və özlərini aparmaları haqqında məlumat verilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.