09/03/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Cəbr və riyazi məntiq” şöbəsinin müdiri f.-r.e.n., dos. Əli Əvəz oğlu Babayev “Nəsirəddin Tusinin riyazi əsərlərinin tədqiqində yeni nəticələr” mövzusunda məruzə etdi.
Məruzədə Nəsirəddin Tusinin “Evklidin şərhi”, “Tozlu lövhənin köməyi ilə hesab toplusu” və digər riyazi əsərlərində riyaziyyat elminə gətirdiyi yeniliklərdən danışıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.