10/03/2022
16.03.2022-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d. Vüqar Elman oğlu İsmayılov «Neyron şəbəkələr üçün Hecht-Nielsen teoremi haqqında» mövzusunda məruzə edəcəkdir.
Məruzədə neyron şəbəkələr nəzəriyyəsinin ilkin nəticələrindən olan Hecht-Nielsen teoreminə baxılacaq və bu teoremin analoqunun istənilən çoxdəyişənli funksiya üçün doğruluğu göstəriləcəkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.