13/03/2022
Astronomlar radiodiapazonda kainatdakı ən böyük zərbə dalğasının detallı fotosunu əldə edə biliblər. Müşahidə edilmiş zərbə dalğasının uzunluğu Süd Yolu qalaktikasından 60 dəfə daha böyükdür və o, kosmik məkanda işıq sürətinə yaxın bir sürətlə artıq 200 milyon il ərzində yayılır. Teleskopların əksəriyyəti bu prosesi müşahidə edə bilmirlər. Lakin qalaktikalardan ibarət topaların toqquşması nəticəsində nəhəng zərbə dalğası əmələ gəlib və həmin zərbə dalğası yalnız radiodiapazonda görünür.
Sözügedən tədqiqat çərçviəsində alimlər MeerKAT adlı teleskopdan istifadə ediblər. Tədqiqatçıların fikirlərinə əsasən sözügedən zərbə dalğası 1 milyard il bundan öncə əmələ gəlib. Məhz 1 milyard il bundan öncə Abell 3667-yə daxil olan 2 ədəd qalaktikalar topası bir-birilə toqquşmağa başlamışdı. Ümumilikdə bu prosesdə 550-dən çox ayrı-ayrı qalaktika iştirak edib.
nplus1.ru/news