06/04/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 06 aprel 2022-ci il tarixli, saat 11:30 iclasında Aydın Şükür oğlu Şükürovun “Cırlaşan triqonometrik sistemlərin freymlik xassələri, Kostyuçenko tipli sistemlərin bazislik xassələri və bəzi tətbiqlər” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir.
İclası f.-r.e.d., professor Həmdulla Aslanov açaraq sözü dosent Aydın Şükürova vermişdir. Dos. A. Şükürov dissertasiyanın məzmunu haqqında məlumat verdikdən sonra r.e.d., professor N.Aslanovanın, r.e.d, professor İ.M.Nəbiyevin, r.e.d., professor M.Hacıbəyovun iş haqqında verdikləri müsbət rəyləri dinlənilmişdir.
Çıxış üçün söz alan AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov, f.-r.e.d., professor Həmdulla Aslanov, r.e.d., professor Telman Qasımov iş və müəllif haqqında öz müsbət fikirlərini bildirərək iddiaçıya uğurlar arzulamışlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.