06/04/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Tətbiqi riyaziyyat” şöbəsinin müdiri vəzifəsini yerinə yetirən mexanika elmləri doktoru, dosent Abbasov E.M. «İstilik keçirməni nəzərə alaraq lay-boru kəmər sistemində maye-qazın hərəkəti» mövzusunda məruzə etdi.
Məruzədə qaldırıcı boruda qaz-maye qarışığı axını ilə onu əhatə edən ətraf mühüt arasında istilik mübadiləsi prosesi nəzərə alınmaqla, magistral xəttə yeni mənbə qoşulduqda lay-boru kəmər sistemində qaz-maye qarışığının qeyri-stasionar hərəkət modeli qurulur və sərhəd məsələlərinin həlli verilir. Birinci yaxınlaşmada qaz-maye qarışığının reoloji xassələrinin temperaturdan asılı olaraq dəyişikliklərin onun hərəkət dinamikasına təsiri müəyyən edilir. Sistemin parametrlərindən asılı olaraq quyunun dibində təzyiq dinamikasını və layın məhsuldarlığını təyin etməyə imkan verən analitik düsturlar alınmışdır. Sistem parametrlərinin praktiki qiymətləri üçün ədədi hesablamalar aparılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.