Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


15  aprel 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Şərif Məmməd oğlu «Sobolev bərabərsizliklərində optimal sabitlər və onların tətbiqləri» mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir.

Pandemiya şərtlərinə uyğun keçirilən şurada iddiaçı Şərif Məmməd oğlu Nasibov dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Dissertasiya işi haqqında rəsmi opponentlər fizika-riyaziyyat elmləri doktoru, professor Tahir Hacıyev, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet Quliyev, fizika-riyaziyyat elmləri doktoru, professor Vərqa Kələntərov, riyaziyyat elmləri doktoru, professor Nihan Aliyev, eləcə də şura üzvləri öz müsbət fikirlərini söyləmişlər.

Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər