Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanovun, professor Telman Məlikovun və r.ü.f.d. Samin Məlikin məqaləsi beynəlxalq bazaya daxil olan, Q1 kvartilli jurnalda çap olunmuşdur


Bu günlərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun, baş elmi işçi, fizika riyaziyyat elmləri doktoru, professor Telman Məlikovun və riyaziyyat üzrə fəlsəfə doktoru Samin Məlikin Web of Science bazasına daxil olan “Journal of Computational and Applied Mathematics” jurnalında, “Necessary conditions for the extremum in non-smooth problems of variational calculus” (Variasiya hesabının hamar olmayan məsələlərində ekstremum üçün zəruri şərtlər) adlı məqalələri çapdan çıxmışdır. Məqalə də, ədədi parametrlə xarakterizə olunan Veyerştras tipli yeni variasiyanın  köməyi ilə ucları bağlı və ucları sərbəst olan klassik variasiya məsələsinə baxılmış, zəif və güclü lokal minimum üçün daha güclü və konstruktiv zəruri şərtlər isbat olunmuşdur.

Onu da qeyd edək ki, Q1 kvartillinə daxil olan “Journal of Computational and Applied Mathematics” jurnalının Web of Scienceda  impact factoru 2,61-dir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər