Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib


İnstitutun baş direktoru, Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Gündəlikdə duran ilk məsələ şöbələrin 2022-ci ilin birinci rübü üzrə elmi və elmi-təşkilatı fəaliyyəti haqqında məlumatların dinlənilməsi olub.

Tədbirdə, AMEA Riyaziyyat və Mexanika İnstitututnun Fəlsəfə doktoru hazırlığı üzrə doktorantların attestasiyası (9 nəfər), fəlsəfə  doktoru (11 nəfər) və elmlər doktoru (6 nəfər) hazırlığı üzrə dissertantların attestasiyadan keçməsi, 2021/2022-ci tədris ilində magistrantların magistrlik dissertasiyalarının müdafiəsi üçün İxtisaslaşdırılmış Elmi Şuraların yaradılması müzakirə olunub və təqdirə layiq görünüb. Müzakirələrdə RMİ-da 2021/2022-ci illərdə elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul təsdiq olunub.

Həmçinin RMİ-da təhsil alan II kurs magistrantların elmi-tədqiqat və elmi-pedaqoji təcrübə fəaliyyətlərinin qiymətləndirilməsi müzakirə olunub.

Sonda institutun fəaliyyəti ilə bağlı bir sıra digər məsələlərə baxılaraq uyğun qərarlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər