Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Deformasiya olunan bərk cisim mexanikası” şöbəsinin müdiri professor Lətif Talıblı Bakı Dövlət Universitetində “Riyaziyyatın və Mexanikanın aktual problemləri” mövzusunda plenar məruzə ilə çıxış etmişdir


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Deformasiya olunan bərk cisim mexanikası” şöbəsinin müdiri professor Lətif Talıblı Bakı Dövlət Universitetində Umummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Riyaziyyatın və Mexanikanın aktual problemləri” mövzusunda keçirilən Respublika elmi konfransının (11-13 may 2022-ci il) açılışında “Özlüelastiklik nəzəriyyəsinin kvazistatik məsələsininhəll metodu və onun tədbiqləri” mövzusunda plenar məruzə ilə çıxış etmişdir. Məruzədə özlüelastiklik nəzəriyyəsinin ümumi şəkildə qoyulmuş kvazistatik məsələsinin həllini ikinci növ Voller inteqral tənliyinə gətirən metod təklif olunur. Özlüelastiklik nəzəriyyəsini təyinedici tənliklərinə daxil olan iki relaksasiya funksiyaları asılı olmayan qəbul edilir. Məlum metodlardan fərqli olaraq burada inteqral çevirmələrdən istifadə olunmur. Metodun aprobasiyası qalın divarlı dairəvi diskin fırlanması haqqında özlüelastiklik nəzəriyyəsinin sərhəd məsələsinin həlli üzərində həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər