07/06/2022
Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyevin və “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, dosent Mehriban Ömərovanın 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Positivity” (https://www.springer.com/journal/11117/) (WoS, IF-1.030) Q2 yüksək impakt faktorlu jurnalda dərc edilib.
“Ümumiləşmiş çəkili Orliç-Morri fəzaları üçün bəzi qiymətləndirmələr və onların divergent olmayan elleptik tənliklərə tətbiqi” adlı məqalədə bəzi klassik inteqral operatorlar və kommutatorlarının doğurduğu subxətti inteqral operatorların ümumiləşmiş çəkili Orlicz-Morri fəzalarında kəsilməzliyi araşdırılmışdır. Alınan qiymətləndirmələrdən kəsilən əmsallı xətti müntəzəm elleptik operator üçün Dirixle məsələsinin həllinin qlobal requlyarlığını öyrənmək üçün istifadə edilmişdir.
Məqaləni oxumaq üçün linkə keçid edin:
https://link.springer.com/article/10.1007/s11117-022-00896-z
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.