Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 24 iyun 2022-ci il tarixli iclasında saat 1400-da Gəncə Dövlət Universitetinin qiyabi doktorantı Miran İbrahim oğlu ƏləsgərovunDəyişən dərəcəli Hardi siniflərində Riman sərhəd məsələləri və onun bazislik məsələlərinə tətbiqi” mövzusunda 1211.01-Diferensial tənliklər  ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirildi.

Rəsmi opponentlər:

  • prof.     Bəhram Əliyev       ADPU
  • prof.     Mahir Səbzəliyev           Bakı Biznes Univ.
  • dos.    Şirmayıl Bağırov             AMEA RMİ

çıxış edərək iş haqqında  müsbət rəylərini bildirdilər. Elmi şuranın üzvləri AMEA-nın həqiqi üzvu professor Yusif Məmmədov, AMEA-nın müxbir üzvu professor Bilal Bilalov, f.r.e.n. Əbdürrəhim Quliyev və başqaları çıxış edərək  iş haqqında öz müsbət fikirlərini bildirdilər. Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər