Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları İsmayıllı rayonuna  səfər ediblər


AMEA Riyaziyyat və Mexanika İnstitutu Həmkarlar İttifaqının təşkilatçılığı ilə,  26 iyun  2022-ci il tarixində institutun bir qrup əməkdaşı İsmayıllı rayonuna səfər ediblər. Səfər zamanı institutun  əməkdaşları üçün  turlar təşkil olunub. Tur zamanı  regionun Lahıc və İvanovka kəndlərinin  adət-ənənələri ilə tanış olublar,  bölgənin görməli yerləri və  tarixi abidələri  haqqında ətraflı məlumat əldə ediblər. Təşkil olnunmuş turda əməkdaşlar üçün  müxtəlif əyləncəli oyunlar keçirilmişdir.

Tur başa çatdıqdan sonra əməkdaşlar üçün İsmayıllı rayonun istirahət parkında yerləşən kafedə çay  və nahar süfrəsi təşkil edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər