Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi şuranın növbəti iclası keçirilib


5 iyul 2022-ci il AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası müəssisənin baş direktoru, Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov açaraq gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.

Professor Misir Mərdanov  institutun şöbələrin 2022-ci ilin 6 ayı ərzində görülmüş işlərin yekunlarına dair hesabatları təqdim edib, əldə olunmuş nəticələr, dərc edilmiş elmi əsərlər, innovasiya fəaliyyəti, qrant layihələri və kadr hazırlığı haqqında geniş məlumat verib.   Alim  AMEA-da Elmi  Jurnalların vəziyyəti haqqında iştrakçılara məlumat verib.

Həmçinin iclasda institutda keçirilmiş respublika və beynəlxalq konfranslar, sessiyalar, seminarlar və dəyirmi masalar haqqında məlumat diqqətə çatdırılıb.

İclasda hazırkı yarımillik nəticələr ötən ilin müvafiq dövrü ilə müqayisə edilərək kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, ilin ikinci yarısında elmi və elmi-təşkilati fəaliyyətin daha səmərəli təşkili ilə əlaqədar təkliflər irəli sürülüb.

Sonda iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər