Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Gələcəkdə törədiləcək cinayətləri 1 həftə öncədən proqnozlaşdıran süni zəka intelekt yaradılıb


Çikaqo Universitetinin informasiya və sosial elm alimləri zorakılıq və mülkiyyət cinayətləri ilə bağlı ictimai məlumatlardan zaman və coğrafi yer nümunələrini öyrənməklə cinayəti proqnozlaşdıran yeni alqoritm hazırlayıblar. Yaradılmış alqoritmin verdiyi proqnozun dəqiqlik səviyyəsi 90% təşkil edir. Hal hazırda sözügedən alqoritm dünyanın ən aparıcı alqoritmlərindən biri hesab edilir. Bu sistemin əsasında təlimatlandırılmış neyron şəbəkəsi dayanır.

Bütün bu proses zorakılıq və mülkiyyət cinayətləri üzrə açıq mənbə kimi olan məlumatlar əsasında reallaşdırılır. Tədqiqatın aparıcı müəllifi Çikaqo Universitetinin tibb fakultəsinin dosenti  İşanu Çattopadhyayanın sözlərinə görə, alətin yüksək dəqiqliyi onun hüquq-mühafizə siyasətini istiqamətləndirmək üçün istifadə edilməsi demək deyil.

Bununla belə mütəxəssislər qeyd ediblər ki, bu sistemi irimiqyaslı mühafizənin təmin edilməsində istifadə edilməməlidir. Belə ki, bu və ya digər şəhər rayonunda ola biləcək cinayət hadisəsi səbəbilə həmin rayonda polis nəzarətinin gücləndirilməsi modelləşdirmə şərtlərini dəyişə bilər. Bu isə öz növbəsində sistem tərəfindən proqnozlaşdırılmış modelin səhv olduğuna gətirib çıxarda bilər. Mütəxəssislər bu alqoritmi artıq Çikaqo, Atlanta, Ostin, Los-Anceles və digər böyük şəhərlərdə test ediblər.

https://forklog.com

Faydalı linklər