22/08/2022
Bu barədə “Tesla” və “Neuralink”in yaradıcısı İlon Mask Çinin “China Cyberspace” jurnalı üçün məqaləsində yazıb.
Mask, “Neuralink”in sinir çiplərinin indi hər bir halda ciddi şəkildə yaralanan insanlara kömək etdiyini söyləyib. Nümunə olaraq o, motosikletlə qəzaya uğrayan, indi təkbaşına yemək yeyə bilməyən 25 yaşlı gəncdən danışıb. İş adamı izah edib ki, bu halda çip travmatik beyin zədələrini müalicə etmək və ya yüngülləşdirmək üçün proqramlaşdırılacaq.
Yeni texnologiya həm də onurğası zədələnmiş insanlarda ətrafların funksiyasını bərpa etməyə kömək edə bilər. Bundan əlavə, psixi pozğunluqların müalicəsində istifadə edilə bilər. Çiplər həmçinin iflic olan insanlara kompüter və smartfonlarla işləmək üçün beyinlərindən istifadə etməyə kömək edəcək.
“Uzun müddətdə beyin-kompüter interfeysinin inkişafı ilə bu texnologiya xarici dünya ilə insan beyni arasında əlaqə kanallarını genişləndirəcək, beynin digər sahələrinə və yeni sinir məlumatlarına çıxış əldə edəcək”, – Mask yazıb.
Biznesmen hesab edib ki, onun şirkətlərinin texnologiyaları bəşəriyyət üçün daha yaxşı gələcəyə nail olmağa kömək edəcək.
https://lenta.ru/news