Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İqlim dəyişikliyi ölümcül dəri xərçənginin artmasına səbəb olur


Dəri Xərçəngi Fondunun (SCF) məlumatına görə, dəri xərçəngi dünyada ən çox yayılmış xərçəngdir. İqlim dəyişikliyi ölümcül dəri xərçənginin artmasına səbəb olur.

Alimlər xüsusilə, şimal ölkələrində günəşdə çox vaxt keçirməyin melanoma və digər ölümcül xərçənglərə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. İqlim böhranı yayda temperaturun artmasına səbəb olur və mütəxəssislər bunun dəri xərçənginin, o cümlədən dəri xərçənginin ən ciddi növü olan melanomanın artmasına səbəb olacağını bildirirlər.

Bristol Universitetinin iqlim elmləri üzrə professoru Dann Mitchell  İngiltərə və digər şimal ölkələrində insanların isti günlərdə daha çox çölə çıxdıqlarına və bunun artıq günəş işığı və xərçəng faktoru olan ultrabənövşəyi (UV) şüalara səbəb olduğuna diqqət çəkərək deyib: “Biz deyə bilmərik ki, isti hava dalğası xüsusi bir xərçəngə səbəb olur. Amma bu da var ki, artan xərçəng riski insanların yaratdığı iqlim dəyişikliyi və isti günlərlə də əlaqədardır.”

Sheffield Universitetinin medikal onkologiya üzrə professoru Sarah Danson da məsələ ilə bağlı narahatlığını ifadə edərək daha isti yayların melanomadan ölümə səbəb ola biləcəyini söyləyib. Britaniyada aparılan bir araşdırmaya görə, günəşə məruz qalma melanoma hallarının təxminən 86% -i ilə əlaqələndirilir. Ultrabənövşəyi şüalara məruz qalma melanoma olmayan dəri xərçənglərinin təxminən 90%-i ilə də əlaqələndirilmişdir.

Qeyd edək ki, Avropa ölkələri rekord qıran temperaturla mübarizə aparmaqdadır.

https://www.meteoprog.ua/ru/news/

Faydalı linklər