Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Kiçik elmi işçi Aytən Mövsümova “Mühitlə təmasda olan düzbucaqlı müstəvi və möhkəmləndirilmiş silindrik lövhələrin rəqsləri” mövzusunda məruzə edib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda “Tətbiqi riyaziyyat” şöbəsinin əməkdaşı, kiçik elmi işçi Aytən Mövsümova “Mühitlə təmasda olan düzbucaqlı müstəvi və möhkəmləndirilmiş silindrik lövhələrin rəqsləri” mövzusunda məruzə etdi.

İşdə özlü-elastiki mühitlə kontaktda olan anizotrop, qeyri-bircins düzbucaqlı müstəvi,  möhkələndirilmiş  düzbucaqlı profilli deşiklərlə zəiflədilməmiş və ya deşiklərlə zəiflədilmiş silindrik lövhələrin sərbəst rəqsləri tədqiq olunmuş, sərbəst rəqs tezlikləri tapılmış, bu tezliklərə konstruksiyanı xarakterizə edən parametrlərin təsiri öyrənilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər