Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


AMEA Azad Həmkarlar İttifaqı tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşmaya əsasən 19 oktyabr 2022-ci il saat 1130– da AMEA-nın dairəvi akt zalında əməkdaşlarımız üçün “İcbari tibbi sığorta” mövzusunda ödənişsiz maarifləndirici təlimləri keçiriləcək.

Təlimdə qurumun nümayəndələri aşağıdakı mövzular üzrə təqdimatla çıxış edəcəklər.

  • İcbari tibbi sığorta haqqında ümumi məlumat
  • İcbari tibbi sığorta haqları
  • İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər
  • TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri baradə ümumi məlumat
  • İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası
  • Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı
  • Özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası və s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər