15/10/2022
14 oktyabr 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası ( əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Samirə Oqtay qızı Rüstəmovanın “ Yarımxətti hiperbolik tənliklərdən ibarət sistem üçün bircins və qeyri-bircins sərhəd şərtli qarışıq məsələlərin qlobal həllərinin varlığı və yoxluğu ” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir.
Dissertasiya işinin elmi rəhbəri fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər Əliyev olmuşdur. Şurada iddiaçı Samirə Oqtay qızı Rüstəmova dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Dissertasiya işi haqqında rəsmi opponentlər fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet Quliyev, riyaziyyat üzrə elmlər doktoru, professor Mahir Səbzəliyev, fizika-riyaziyyat elmlər namizədi, dosent Elçin Məmmədov, eləcə də şura üzvləri öz müsbət fikirlərini söyləmişlər.
Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.