19/10/2022
02.11.2022-ci il saat 10:00-da Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Nəbiyev İbrahim Mayıl oğlu “Diferensial operatorun spektr və işarələr ardıcıllığı üzrə bərpası” mövzusunda məruzə edəcəkdir.
Məruzədə ayrılmayan sərhəd şərtlərinin birində spektral parametrin xətti funksiyası iştirak edən halda Şturm-Liuvil operatorunun bərpası haqqında son elmi nəticələr barədə məlumat vermək nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.