Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman Məmmədov “Cırlaşan parabolik tənliklər üçün Harnak bərabərsizliyi və həllin Hölder mənada kəsilməzliyi haqqında” mövzusunda məruzə edib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman Məmmədov Cırlaşan parabolik tənliklər üçün Harnak bərabərsizliyi və həllin Hölder mənada kəsilməzliyi haqqında mövzusunda məruzə etdi.

Məruzədə yeni sinif 2-ci tərtib cırlaşan xətti parabolik tənliklər üçün mövzuda qeyd edilən məsələlər tədqiq edilir. Cırlaşma ilə bağlı bir sinif silindirlər ailəsi daxil edilir. Həmin silindirlər üzrə cırlaşmaya Makenxaupt tipli kafilik şərti tapılır. Əvvəlki nəticələrdə iki müxtəlif şərt qoyulurdu. Bu araşdırmada bir şərt gözə alınır. Bu yanaşma elliptik tənlik halı ilə daha çox analogiya saxlayır. Ümumiyyətlə, bu məsələnin tam həlli, yəni elliptik tənlik halının tam analoqunun tapılması məsələsi hələ açıqdır. Bu tədqiqat işi o istiqamətdə bir addım sayıla bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər