Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutunun  “Funksional analiz”, “Riyazi analiz” və “Funksiyalar nəzəriyyəsi” şöbələrinin birgə iclasında  26 oktyabr 2022-ci il tarixində saat 11:00-da  r.ü.f.d., dosent Səbinə Rahib qızı Sadıqovanın «Xətti topoloji fəzalarda sistemlərin freymlilik xassələri haqqında» mövzusunda 1202.01- Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

Səbinə Sadıqova dissertasiyanın əsas məzmunu ilə müzakirə iştirakçılarını tanış etdi.

Əvvəlcə rəyçilər riyaziyyat üzrə elmlər doktoru Rövşən Bəndəliyev, professorlar Alik Nəcəfov və Həmidulla Aslanov iddiaçının aldığı nəticələr haqqında öz fikirlərini bildirdilər.

Müzakirələrdə professor Məmməd Bayramoğlu, riyaziyyat üzrə elmlər doktorları Telman Qasımov, Elman İbrahimov iş haqqında öz müsbət fikirlərini bildirib alınan nəticələrin elmi maraq doğurduğunu və nüfuzlu beynəlxalq elmi jurnallarda işıqlandırıldığını qeyd etdilər.

İddiaçı verilən sualları cavablandırdı. Sonda iddiaçının elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov çıxış edərək dissertasiyada alınmış nəticələrin Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının bütün tələblərini ödədiyini bildirdi.

Sonda iddiaçı Səbinə Sadıqovaya uğurlar arzuladılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər