Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirilmişdir


AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 28 oktyabr 2022-ci il tarixli iclasında  saat 1400-da Aydın Şükür oğlu Şükürovun 1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Cırlaşan triqonometrik sistemlərin freymlik xassələri, Kostyuçenko sistemi tipli sistemlərin bazislik xassələri və bəzi tətbiqlər” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir.

Dissertasiya işi üzrə elmi məsləhətçi AMEA–nın müxbir üzvü, f-r.e.d., professor Bilal Telman oğlu Bilalovdur.

Rəsmi opponentlər

  • f.-r.e.d., professor Hidayət Hüseynov (Bakı Dövlət Universiteti),
  • f.-r.e.d., professor Rəhim Rzayev (Azərbaycan Dövlət Pedaqoji Universiteti),
  • r.e.d., dosent Rövşən Bəndəliyev (Azərbaycan Memarlıq və İnşaat Universiteti),
  • r.e.d., dosent Elnur Xəlilov (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)

cıxış edərək iş haqqında  müsbət rəylərini bildirdilər. Elmi şuranın üzvləri AMEA–nın müxbir üzvü, f-r.e.d., professor Misir Mərdanov, AMEA-nın həqiqi üzvu professor Yusif Məmmədov, f-r.e.d., professor Həmdulla Aslanov, f.r.e.d., professor Nizaməddin İsgəndərov, f-r.e.d., professor Bəhram Əliyev və başqaları çıxış edərək iş və iddiaçı haqqında öz müsbət fikirlərini bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər