Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib


1 noyabr 2022-ci il tarixində Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası institutun baş direktoru, Elmi şuranın sədri AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq gündəlikdə yer alan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Gündəliyə uyğun olaraq 2022-ci ildə tamamlanmış elmi-tədqiqat işləri üzrə hesabatların müzakirəsi aparılıb. “Funksiyalar nəzəriyyəsi” şöbəsi r.e.d. Vüqar İsmayılov, “Maye və qaz mexanikası” şöbəsi AMEA-nın müxbir üzvü, t.e.d. Gelyani Pənəhovun məlumatları dinlənilib. Həmçinin f.-r.e.n, dosent Niyazi Əllədin oğlu İlyasovun böyük elmi işçi vəzifəsinə müsabiqə yolu ilə seçilməsi haqqında qərar qəbul edilib.

Sonra Riyaziyyat və Mexanika İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantlar il ərzində yerinə yetirdikləri elmi-tədqiqat işləri haqqında hesabat veriblər.

İclasın sonunda bir sıra elmi-təşkilati məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər