04/11/2022
4 noyabr 2022-ci il AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov çıxışında Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edildiyi tarix-8 noyabr ölkəmizdə Zəfər Günü kimi təsis edildiyini qeyd etdi. Bu tarixi hadisə 30 illik işğal, 44 günlük Vətən müharibəsi qanları, canları ilə tarix yazan şəhidlərimizin həyat yolunun vətənpərvərlik məktəbi kimi öyrənilməsinə, dövlətimizin qətiyyətli mövqeyininuğurlarının təhlilinə geniş imkanlar açır. Alim vurğrlayıb ki, XXI əsrin müharibəsinin aparan Azərbaycan döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir.
Tədbirdə iştirak edən hərbi jurnalist, ehtiyatda olan zabit, polkovnik Üzeyir Cəfərov cıxışında Dövlətimizin qətiyyəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində qazandığımız tarixi Zəfərimizin sevincini, yaratdığı reallıqları yaşayırıq. Azərbaycan şanlı Zəfər üçün ötən illər ərzində böyük yol qət etdiyini vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə olunan nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır.
Bu gün hər bir azərbaycanlı qürurludur ki, torpaqlarımızın azad olunduqları tarixləri qeyd edirik. Bu sevinci, qüruru bizə yaşatdıqlarına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.