Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun  Gənc alim və mütəxəssislər şurasının təşkilatçılığı ilə tədbir keçirildi


Digah kənd tam orta məktəbində RMİ Gənc alim və mütəxəssislər şurasının və məktəbin birgə təşkilatçılığı ilə 8 noyabr Zəfər Günü- nə həsr olunmuş tədbir keçirilib.

Öncə Vətən müharibəsində canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan, məktəbin direktoru Adil Abdullayev gələn qonaqları salamlayaraq, müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə qalib ordumuzun qüdrətindən, xalq-ordu birliyindən və qardaş ölkə Türkiyənin ilk günlərdən verdiyi dəstəkdən bəhs edib. Natiq 44 gün davam edən işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini qeyd edib.

Daha sonra söz RMİ icraçı direktoru professor Ədalət Axundova verildi. Professor Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazanılan tarixi zəfərdən və qələbəni şərtləndirən amillərdən şagirdlərə bəhs edib. Qeyd edildi ki, milliyyətindən, dinindən, dilindən, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları və xaricdə yaşayan soydaşlarımız bir yumruq kimi cənab Ali Baş Komandanın ətrafında birləşərək düşmənə qarşı səfərbər olması Böyük Qələbəmizi şərtləndirən səbəblərdən mühümü oldu.  Həmçinin tədbirdə institutun “Funksional analiz” şöbəsinin müdiri professor Həmidulla Aslanov və məktəbin müəllimləri çıxış ediblər. Çıxış edənlər 8 noyabrda əldə edilən qələbənin Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olduğundan danışıblar və şəhidlərimizin əziz xatirəsinin heç vaxt qəlblərdən silinməyəcəyini qeyd ediblər.

Tədbirin sonunda Zəfər gününə həsr olunmuş şagirdlər arasında “Riyaziyyat və məntiq” bilik yarışı keçirildi. Azad olunmuş torpaqların adını daşıyan komandaların arasında Qubadlı komandası I yerə, Zəngilən və Ağdam komandaları müvafiq olaraq II və III yerlərə layiq görüldü. Qaliblər fəxri fərman, sertifikat və hədiyyələrlə mükafatlandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər