10/11/2022
16.11.2022-сi il tarixində saat 12.00-da “Tətbiqi riyaziyyat” və “Dalğa dinamikası” şöbələrinin birgə seminarı keçiriləcəkdir. Seminarda f.-r.e.n. Mübariz Rəsulov “Qeyri-stasionar dalğaların məhdud ölçülü oblastda yayılması məsələlərinin həlli” mövzusunda çıxış edəcəkdir.
Məruzə, özünün Laplas-Furye çevirməsi ilə üst-üstə düşən funksiyaların tətbiqi ilə məhdud ölçülü mühitlər üçün elastodinamika məsələlərinin tənliklərinin cəbri tənliklərə gətirilməsinə həsr olunmuşdur. Arzu edənlər iştirak edə bilərlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.