Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elm və Təhsil Nazirliyin Riyaziyyat və Mexanika İnstitutunda 2022-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabat müzakirə olunub


25 noyabr 2022-ci il tarixində   Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şuranın növbəti iclası keçirilib. İclasda institutun rəhbərliyi, şura üzvləri, şöbə müdirləri tam heyətdə iştirak ediblər.

İnstitutun rəhbəri akademiyanın müxbir üzvü, professor Misir Mərdanov  təmsil etdiyi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işləri, nəşr olunmuş məqalələr, tətbiq olunan işlər, beynəlxalq əlaqələr, keçirilən tədbirlər və konfranslar barədə məlumat verdi.

Sonra Elmi şuranın digər üzvləri çıxış edərək hesabata münasibət bildiriblər. Tədbirdə İnstitutunun elmi tədqiqat işləri, problematika və metodologiyası və digər nəzəri məsələrlə bağlı müəyyən təkliflər səsləndirilib.

Müzakirələrdən sonra səs çoxluğu ilə institutun 2022-ci il üzrə fəaliyyəti uğurlu hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər