Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda baş direktor AMEA – nın müxbir üzvü, professor Misir Mərdanov ilə gənc alim və mütəxəssislərin görüşü


Riyaziyyat və Mexanika İnstitutunda baş direktor AMEA – nın müxbir üzvü, professor Misir Mərdanov ilə gənc alim və mütəxəssislərin görüşü keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan professor Misir Mərdanov gəncləri salamlayaraq ölkəmizdə aparılan gənclər siyasəti və bu istiqamətdə mövcud olan dövlət proqramları haqqında geniş məlumat vermişdir.

Natiq öz çıxışında gənclər siyasətinin əsasını qoyan Ulu Öndər Heydər Əliyev bu sahədə gördüyü işlər barəsində, həmçinin, bu siyasi kursun layiqli davamçısı olan müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı dövlət proqramları haqqında geniş məlumat vermişdir.

Eyni zamanda institutumuzda gənclər üçün yaradılan münbit şəraitin olduğunu qeyd etmişdir.

Daha sonra institutun rəhbərliyi ilə gənclərin tədqiqat sahələrində qarşılaşdığı problemlər və onların həllinə dair gənclər tərəfindən verilən təkliflər əsasında geniş müzakirələr aparılmışdır. Qarşıya çıxan bəzi problemlər irəli sürülən təkliflərlə yerindəcə həll edilmişdir.

Görüşdə professor Misir Mərdanov gənclərə öz mühüm tövsiyyələrini vermiş və belə müzakirələrin, görüşlərin mütəmadi olaraq təşkil edilməsinin vacibliyini vurğulamışdır.

Hər zaman gənclərin qarşılaşdığı problemlərin həllində öz köməkliyini göstərə biləcəyini ifadə etmişdir.

Öz növbəsində gənclər AMEA – nın müxbir üzvü, professor Misir Mərdanova və institut rəhbərliyinə onlara verdikləri dəstəyə görə minnətdarlığını bildirmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər