11/01/2023
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ali riyaziyyat kafedrasının professoru, r.e.d. N.M. Aslanova “Dördüncütərtib diferensial-operator tənlik üçün bəzi spektral məsələlər” mövzusunda məruzə etdi.
Məruzədə dördüncü tərtib diferensial operator tənlik üçün bəzi sərhəd məsələlərinə uyğun fəzadan çıxmaqla simmetrik operator təyin edilir və onun genişlənmələrinin bəzi spektral xassələri öyrənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.