Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Mütəxəssislər 2022-ci ilin ən mühüm elmi nailiyyətlərini açıqlayıblar


Geridə qoyduğumuz 2022-ci il elm və texnologiya sahəsində məhsuldar bir il oldu.  Bu barədə “Nature” jurnalı 2022-ci ildə baş verən elmi kəşflərin proqnozunu verib. Onun fikrincə, sıçrayışların sayında liderlər tibb və kosmos olacaq. Onlardan bəzilərini sizə təqdim edirik.  2022-ci ilin inqilabi kəşfi – Nobel mükafatı laureatı3 oktyabr 2022-ci ildə Svante Paabo Fiziologiya və Tibb üzrə Nobel Mükafatına layiq görülüb. S.Paabo “müasir insanın nəsli kəsilmiş qohumu olan Neandertalın genomunu sekvensiya edə bilib”. Alim eyni zamanda, təxminən 70.000 il əvvəl Afrikadan köçdükdən sonra nəsli kəsilmiş bu hominlərdən Homo Sapiensə gen köçürülməsinin baş verdiyini aşkar edib. Nobel Komitəsi qeyd edib: “Bu, hətta bu gün də fizioloji təsirlərə malikdir – məsələn, immunitet sistemimizin infeksiyalara necə reaksiya verdiyinə təsir göstərir”. O, həm də Altay diyarının ərazisində əvvəllər naməlum hominin – Denisovanı kəşf etməklə yanaşı, onun DNT-sini deşifrə etməyə də nail olub.

 İnsan onurğa beyni implantı – yenidən yerimək şansı

İsrailin Təl-Əviv Universitetinin tədqiqatçıları iflicin müalicəsi üçün dünyada ilk dəfə insan onurğa beyni implantları yaradıblar. Alimlər orqanizmi “aldadaraq”, implantın onurğa beyninin bir hissəsi olduğuna “inandırmağa” nail olublar.

Bildirilir ki, “Sagol” Regenerativ Biotexnologiya Mərkəzinin tədqiqatçıları materiallardan və insan hüceyrələrindən funksional insan onurğa beyni toxumalarını düzəldiblər. Sonra onu xroniki iflicin laboratoriya modellərinə implantasiya ediblər. Sınaqların 80%-də yerimə qabiliyyətini uğurla bərpa etmək mümkün olub.

İflic insanlar düşüncə gücü ilə qadcetlərdən istifadə edə biləcəklər

İlon Maska məxsus “Neuralink” şirkəti iflic insanlar üçün yeni ümid üzərində işləyib. Belə ki, hərəkət imkanları məhdud insanların kompüter və telefonlardan əlin köməyi olmadan, sadəcə düşüncə gücü ilə istifadə etmələri üçün çip hazırlanıb.  Mask iddia edir ki, bu sınaqlarının başlanması 2023-cü ildə gözlənilir. Şirkət hazırda ABŞ Qida və Dərman Administrasiyasının (FDA)  təsdiqini gözləyir. Qeyd edək ki, heyvanlar üzərində sınaqlar uğurla nəticələnib.

Donuz ürəyi insana transplantasiya edildi

Tarixdə ilk dəfə olaraq həkimlər geni dəyişdirilmiş donuz ürəyini insana transplantasiya ediblər. Tibdə bu sıçrayış genomu redaktə etmək üçün yeni texnologiyalar sayəsində mümkün olub. CRISPR texnikası donuz orqanizmində insan immun sistemi tərəfindən yad kimi qəbul edilməyən orqanların yetişdirilməsinə imkan verdi.

Təcrübəyə razılıq verən 57 yaşlı Devid Bennetin vəziyyəti adi ürək transplantasiyası üçün çox ağır olub (bu, orqanın rədd edilməsinə səbəb ola bilərdi), buna görə də, o, son çarə kimi eksperimental müalicə yolunu seçdi.

Ancaq təəssüf ki, iki ay sonra pasiyent ağırlaşmalar səbəbindən dünyasını dəyişdi. Bununla belə, elm adamları, həmçinin Bennetin ailəsi yeni texnologiya ilə bağlı nikbinliklərini bildiriblər.

 İlk dəfə insana süni qan hüceyrələri köçürüldü

Kembricdə RESTORE tədqiqatının bir hissəsi olaraq ilk dəfə insanlara süni şəkildə yetişdirilmiş qan köçürülüb. Sınaqlar uğurlu olarsa, bu, nadir qan qrupları və spesifik xəstəlikləri olan insanların daha effektiv müalicəsinə imkan verəcək.

Bundan əlavə, əgər süni hüceyrələr bədəndə daha uzun yaşaya bilərsə, o zaman mütəmadi olaraq yeni qana ehtiyacı olan xəstələrə tez-tez qan köçürülməsinə ehtiyac olmaya bilər. Bu isə həm də tez-tez köçürmələrə görə orqanizmdə artan dəmir yükü (hansı ki, adi fəsadlara səbəb olur) azaldacaq.

İnsan genomu ilk dəfə tam ardıcıllıqla sıralandı

Alimlər 20 ildən sonra nəhayət ki, ilk dəfə olaraq insan genomunun tam bir xəritəsini tərtib ediblər. Bu il ABŞ, Rusiya, Böyük Britaniya və bir sıra digər ölkələrin bioloqları deşifrəni başa çatdırıblar. “Science” jurnalında dərc olunan məqalədə bu nailiyyətin insanlarda xəstəliklərə səbəb olan mutasiya və genetik fərqlər haqqında məlumatların əldə edilməsini asanlaşdıracağı bildirilib. 2003-cü ildən başlanılan İnsan Genomu Layihəsi çərçivəsində önəmli bir addım atılaraq genomun 92 faizi sıralanmışdı. Bu dəfə isə qalan 8 faizi də deşifrə edilərək tam xəritəsi çəkilib. Yeni araşdırma daha əvvəl sıralanmış DNT-də bütöv bir xromosomun 400 hərfini əhatə edir. Tədqiqatçılar hər bir xromosomun iki eyni nüsxəni daşıyan xüsusi hüceyrə xəttindən istifadə edərək bütün genom ardıcıllığını yaradıblar. Bu fundamental nailiyyət dünya elmi ictimaiyyətinin bütün üzvlərinin açıq istifadəsi üçün əlçatandır və tibbi genetik laboratoriyalarda müxtəlif xəstəliklərlə bağlı mutasiyaların axtarışında istifadə oluna bilər.

James Webb teleskopu İlin ən parlaq nailiyyətlərindən biri də çoxdan gözlənilən James Webb teleskopunun kosmosa buraxılmasıdır. Bu günə qədər, demək olar ki, 10 milyard dollara başa gələn bu teleskop tarixdə ən güclü və bahalı hesab edilə bilər. Altı aylıq iş ərzində Webb artıq ən uzaq qalaktikanı tapıb, bir neçə epik fotoşəkil çəkib, Cənub Halqası dumanlığının əmələ gəlməsinin sirrini açıb, uzaq qalaktikalarda üzvi molekullar taparaq    STScI-dən ona göndərilən əmr(lər)i tamamladıqdan sonra öz məlumatlarını da oradan ötürür.    Webb-in digər əsas vəzifəsi isə ekzoplanetlərin axtarışı və onların təsviri olub.

© Mənbə: New-Science.ru

https://new-science.ru/krupnejshie-medicinskie-dostizheniya-2022-goda/

https://hi-tech.mail.ru/review/60610-12-glavnyh-nauchnyh-otkrytiy-2022-goda-v-oblasti-mediciny-i-biologii/

Faydalı linklər