16/01/2023
Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin müəllifi olduğu məqalə çap olunub. Məqalə “Journal of Mathematical Inequalities” (http://files.ele-math.com/articles/jmi-16-98.pdf) 1.145 yüksək impakt faktorlu «Clarivate Analytics» Q2 kateqriyalı jurnalda dərc edilib.
“Total Morri fəzalarında maksimal kommutator və maksimal funksiyanın kommutatoru” adlı məqalədə Morri fəzalarının total Morri fəzaları adlanan yeni variantı təqdim edilmişdir. Bu fəzalar klassik Morri fəzalarını və modifə olunmuş Morri fəzalarını ümumiləşdirir. Total Morri fəzalarının əsas xassələri verilmiş və Morri fəzalarında bəzi daxilolma öyrənilmişdir. Həmçinin total Morri fəzalarında maksimal kommutator operatorun və maksimal operatorun kommutatorunun məhdudluğu üçün zəruri və kafi şərtlər alınmışdır.
Məqaləni oxumaq üçün linkə keçid edin:
http://files.ele-math.com/articles/jmi-16-98.pdf
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.