Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Tariximizin qəhrəmanlıq səhifəsi


1990–cı il yanvarın 19-da Azərbaycanı candan əziz sevən insanlar tələbələr, ziyalılar, sıravi vətəndaşlar Bakıya yeridiləcək Sovet qoşunların qarşısını kəsmək üçün şəhərin şimal qapısındakı meydana, küçələrə toplaşmış, sipər qurmuşdular. Bu mərdliyin, Vətən sevgisinin ən yüksək zirvəsi idi. Nə havanın soyuğu, nə də həyacanlı xəbərlər insanları çəkindirmirdi, əksinə  sıralar daha da sıxlaşırdı. Qanlı yanvar 141 nəfər soydaşımızın həyatına son qoydu, 744 nəfər bu və ya digər dərəcədə xəsarət aldı, yaralandı. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar həmçinin təcili yardım işçiləri və milislər olmuşdur.

20 Yanvar taiximizin yalnız faciəsi deyil həm də şərəf, ləyaqət səhifəsidir. Dünya Azərbaycan xalqının ümumilli məsələlərdə birləşək qətiyyət nümayiş etdirməsinin, müstəqillik azadlıq uğrunda şəhid vermək əzminin şahidi oldu.

Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar…

Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

20 Yanvar Azərbaycan vətəndaşının yaddaşında müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş tarixdir.

Ölməz şəhidlərimizin ruhunu ehtiramla yad edirik

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər