Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Maye və qaz mexanikası” şöbəsinin əməkdaşlarının məqaləsi yüksək impakt faktorlu (Q2 kateqoriyalı) jurnalda nəşr olunub


 

Riyaziyyat və Mexanika İnstitutunun “Maye və qaz mexanikası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahovun və dosent Eldar Abbasovun, prof. Əzizağa Şahverdiyev və Dr. Renqi Jiang ilə həmmüəllifləri olduğu “High efficiency in-situ CO2 generation technology: the method for improving oil recovery factor” məqaləsi 1.695 impakt faktorlu «Clarivate Analytics» Q2 kateqoriyalı Petroleum Science and Technology” jurnalında çap olunmuşdur.

Məqalədə neftqaz yataqlarından qalıq neft ehtiyatlarının çıxarılması və neftvermə əmsalının artırılmasında laydaxili qazın (CO2) yaratması texnologiyasının tədqiq və tətbiqi nəticələri təqdim olunur. Burada həmçinin neft hasilatının artırılmasında enerji və resurslara qənaət üçün texnoloji və iqtisadi effektivlik əsaslandırılmışdır.

Məqaləni oxumaq üçün linkə keçid edin:

https://www.tandfonline.com/doi/full/10.1080/10916466.2022.2157010

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər