10/02/2023
Həkimlərin söylədikərinə görə insan orqanizmi üçün çətin aylardan biri, hətta ilin ən ağır ayı fevraldır. Bu ayda insanlar daha çox fizioloji və psixi problemlərə məruz qalır.
Həkim endokrinoloq Nataliya Kirdyankina heç də asan olmayan bu ayı necə fəsadsız başa vurmaq barədə məlumat verib. “Fevral qışın son ayı olduğu üçün ilin digər aylarına nisbətən daha ağır keçiririk. Buna səbəb bir neçə faktor var: qışda gün işığı olmadığı üçün beynin işinin zəifləməsi, depressiya, psixoloji yorğunluq, tutqun hava, soyuqda orqanizmin daxili resursunu çox tükətməsi, mövsümi təzə meyvə-tərəvəzin olmaması, mövsümi xəstəliklərə, qripə yoluxduqda immunitetin zəifləməsi, vitamin defisiti yaşanır, xroniki xəstəliklər kəskinləşir.
Qış depressiyasının, affektiv pozulmanın pik həddi məhz qışın son ayına təsadüf edir.
Yuxusuzluq, əzginliyi artır, xüsusən D vitamini çatışmazlığı, qan azlığı fevralı bədən üçün sınaq ayına çevirir. Bundan əlavə, Kirdyankina əlavə etdi ki, qışın sonunda, nələrə diqqət yetirməli? Ümumiyyətlə, özünüzə daha yaxşı qulluq etməli, daha çox istirahətə vaxt ayırmalı, yuxu rejiminizə diqqət etməli, vitamin D qəbulunu artırmalı mümkünsə özünüzü stresdən, neqativ xəbərlərdən uzaq tutmalı, fiziki hərəkəti, gəzinti və idmanı artırmalısınız.
Həmçinin sağlam qidalanmalı, mümkün olduğu gədər zərərli qidalar, qızartma, un, şəkəri azaldıb, qoz, çərəz, ət, balıq, bitki çayları içməli, ağartı məhsulları və tərəvəzlərdən daha çox istifadə edilməlidir.
c