13/02/2023
22 fevral 2023-ci il tarixində saat 10:00-da Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək. Ümuminstitut seminarında RMİ-nin “Cəbr və Riyazi məntiq” şöbəsinin aparıcı elmi işçisi Məmmədov Eminağa “Banax funksional və Banax–Sobolev fəzalari ilə bağli struktur teoremlər və bəzi klassik teoremlərin analoqlari” mövzusunda məruzə ilə çıxış edəcəkdir.
Məruzədə Banax funksional fəzaları, onların xüsusi tip altfəzaları, müəyyən hallarda belə altfəzaların riyazi təsviri, ümumiləşmiş Banax-Sobolev fəzaları və onların xüsusi tip altfəzları, əvəzetmə operatoru, genişlənmə operatoru, kompaktlıq kriteriyaları, fəzaların kompakt daxilolmaları, ekvivalent normalar, bəzi bərabərsizliklər, elliptik operatorlar üçün daxili tip Şauder qiymətləndirmələr kimi məsələlərə toxunulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.